Ana içeriğe atla

Kayıtlar

Şubat, 2018 tarihine ait yayınlar gösteriliyor

Xocalı şahidlərinin dedikləri

Yaxınlarının əksəriyyəti qətlə yetirilmiş Ceyhun Ələkbərovun dedikləri Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz. Xocalı sakini, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov da bu faciəni yaşamış və ümumilikdə qohumlarının əksəriyyətini itirmiş şəxsdir. Başına gələn hadisələri danışdıqca bu insanların bəşəriyyət tarixində necə böyük faciə, dəhşətlərlə üz üzə qaldığını daha dərindən anlayırsan. Ceyhun Ələkbərov həmin müdhiş gecənin onun həyatında dərin yaralar buraxdığını deyir: "Adam bilmir hardan başlasın. Mənim həyatımda həmin hadisələrlə bağlı müəyyən bir hissələr var ki, heç cür gözümün qabağından getmir. Onda mən uşaq idim, 15 yaşım var idi. Gecə saat təxminən 2-nin yarısı qaldığımız sığınacağa qonşularımız g