Ana içeriğe atla

Kayıtlar

Öne Çıkan Yayın

Xocalı faciəsi

XOCALI FACİƏSİ  1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya
En son yayınlar

Xocalı şahidlərinin dedikləri

Yaxınlarının əksəriyyəti qətlə yetirilmiş Ceyhun Ələkbərovun dedikləri Xocalı soyqırımının necə dəhşətli, insanlığa sığmayan bir faciə olduğunu dünya ictimaiyyəti bilsə də, heç kəs bu faciəni yaşamış, öz gözləri ilə görmüş, bir göz qırpımında, valideynlərini, qardaş bacılarını, yaxınlarını itirən insanlardan bu dəhşəti daha yaxşı anlaya bilməz. Xocalı sakini, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin rəhbəri Ceyhun Ələkbərov da bu faciəni yaşamış və ümumilikdə qohumlarının əksəriyyətini itirmiş şəxsdir. Başına gələn hadisələri danışdıqca bu insanların bəşəriyyət tarixində necə böyük faciə, dəhşətlərlə üz üzə qaldığını daha dərindən anlayırsan. Ceyhun Ələkbərov həmin müdhiş gecənin onun həyatında dərin yaralar buraxdığını deyir: "Adam bilmir hardan başlasın. Mənim həyatımda həmin hadisələrlə bağlı müəyyən bir hissələr var ki, heç cür gözümün qabağından getmir. Onda mən uşaq idim, 15 yaşım var idi. Gecə saat təxminən 2-nin yarısı qaldığımız sığınacağa qonşularımız g

XOCALI ŞEİR

Xocalı şeiri Gözləyib, gizləyib zaman sirrini, Dəyişib dünyanın işi,amalı. Deyəsən, yetişir qiyamət günü, Vədəsiz küləklər əsir, Xocalı! Sərt gəldi fevralın 26 –sı, Al qana qərq oldu bulaqlarda su, Qəfildən quruldu bir yurdun yası, Bir kəsə çatmadı səsim Xocalı! Od yağdı, el düşdü, küyə, təşvişə, Nalələr,fəryadlar dirəndi ərşə, Allah da baxmadı bu haqsız işə, Titrədik biz əsim –əsim, Xocalı!

Xoca film

Xoca (film, 2012) Xoca Rejissor: Vahid Mustafayev Operator: Afşin Əlizadə Bəstəkar: Yaşar Baxış Montaj rejissoru: Elşad Rəhimov Janr: bədii Dil: azərbaycan dili Ölkə:   Azərbaycan İstehsalçı qurum: ANS TV ,  Bakıfilm Rəng: rəngli İl: 2012 IMDb səhifəsi Xoca  — 2012-ci ildə çəkilmiş film. [1] “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi görkəmli Azərbaycan rejissoru və hərbi reportyoru Vahid Mustafayevdir. Baş prodüsser  Mir Şahin , prodüsser  Eyyub Danişvər , bəstəkar Yaşar Baxış , səs rejissoru  Məsud Behnam , operator  Afşin Əlizadə , montaj edən isə  Elşad Rəhimovdur . Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir  [2] . Bu film Bakıfilm kinostudiyasının 2015-ci ildə istehsal etmiş olduğu "Qanlı Yanvar" filmindən daha çox real hadisələrə uyğundur. Plagiat iddiası Redaktə 5 mart 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış

Qəhrəman jurnalistlərimiz

Qəhrəman jurnalistlərimiz A + A - 20.07.2015 Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var. 1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır. Erməni terroru nəticəsində şəhid olan jurnalistlərimizdən bir neçəsi:   Salatın Əziz qızı  Əsgərova (1961-1991) –   jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.     Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığın

XOCALI ŞƏHƏRİ

Tarixi Redaktə Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə ( 1356 - 1357 -ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və  Əsgəran  qəsəbəsi arasında, Qarqarçay ın sağ və sol sahillərində XVIII əsrə aid  Əsgəran qalası  mövcuddur. İki istehkamdan ibarət qalanı  Qarabağ  xanı Pənahəli xan  tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol