Ana içeriğe atla

XOCALI ŞƏHƏRİ

TarixiRedaktə

Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var.
Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var.
Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında,Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalası mövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanıPənahəli xan tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya iləİran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır. Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 •Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış,yandırılmış və talan olunmuşdur:

MədəniyyətiRedaktə

Xocalıda aparılan qazıntilar zamanı tapılan saxsı qablar
Xocalıda dulusçuluq, daş üzərində işləmə daha çox inkişaf etmişdi. Sənaye və tikinti obyektlərinin sayı 29, mədəni-məişət obyektlərinin isə 80 olaraq qeyd olunmuşdur.

Coğrafiyası və iqlimiRedaktə

Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndişəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir.

İqtisadiyyatı

Şəkillər

Xocalının tarixi-mədəni abidələriRedaktə

  • Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
  • Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
  • Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
  • Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
  • Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)
  • Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)
  • Xaçınçay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
  • Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)
  • Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
  • Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
  • Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
  • Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)
  • Türbə – XlV əsr (Xocalı şəhəri)
  • Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)
  • Alban məbədi - 905-ci il (Şuşa kəndi)
  • Alban məbədi - 1122-ci il (Xansıx kəndi)
  • Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)
  • Alban məbədi - 1202-ci il (Armudlu kəndi)
  • Qala – X əsr (Maşxmaat kəndi)
  • Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
  • Məbəd kompleksi - VII əsr ( Badara kəndi)
  • Qala - IX əsr ( Daşbaşı kəndi)
  • Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)
  • Aslan qalası – IX əsr (Anabert kəndi)
  • Mədəb – XIII əsr (Xanabad kəndi)

Erməni işğalı nəticəsində dağıdılmış abidələrRedaktə

  • Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
  • Dini abidələrdən Meşəlidəki «Seyid qəbri»;
  • Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
  • Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
  • XIV əsrə aid olan Xocalı Məqbərəsi;

Yorumlar

Bu blogdaki popüler yayınlar

XOCALI ŞEİR

Xocalı şeiri Gözləyib, gizləyib zaman sirrini, Dəyişib dünyanın işi,amalı. Deyəsən, yetişir qiyamət günü, Vədəsiz küləklər əsir, Xocalı! Sərt gəldi fevralın 26 –sı, Al qana qərq oldu bulaqlarda su, Qəfildən quruldu bir yurdun yası, Bir kəsə çatmadı səsim Xocalı! Od yağdı, el düşdü, küyə, təşvişə, Nalələr,fəryadlar dirəndi ərşə, Allah da baxmadı bu haqsız işə, Titrədik biz əsim –əsim, Xocalı!

Qəhrəman jurnalistlərimiz

Qəhrəman jurnalistlərimiz A + A - 20.07.2015 Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var. 1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır. Erməni terroru nəticəsində şəhid olan jurnalistlərimizdən bir neçəsi:   Salatın Əziz qızı  Əsgərova (1961-1991) –   jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.     Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığın