Ana içeriğe atla

Qəhrəman jurnalistlərimiz



Qəhrəman jurnalistlərimiz


şəhid jurnalistlərimiz
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var.
1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır.
Erməni terroru nəticəsində şəhid olan jurnalistlərimizdən bir neçəsi:
salatin esgerova Salatın Əziz qızı  Əsgərova (1961-1991) –  jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.   Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə qəhrəman jurnalist  Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


osman mirzyev
Osman Mirzəhüseyn oğlu Mirzəyev (1937-1991)  – görkəmli jurnalist, yazıçı və publisist.
O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunur. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.
ali mustafayev
Alı Mustafa oğlu  Mustafayev (1952-1991)– telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı
Alı Mustafayev  Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində çalışmışdır. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Müharibə dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlamışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdür. 1991-ci il 20 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Fəxrəddin_Şahbazov
Fəxrəddin İbrahim oğlu Şahbazov (1950- 1991) –  Azərbaycan Teleradio Şirkətinin operatoru, Azərbaycanın Milli Qəhrəmanı
Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Kazımağa_Kərimov
Kazımağa Möhsün oğlu Kərimov  (1951-1992)— Azərbaycanın Milli Qəhrəmanı.
Bakı Dövlət Universitetinin jurnalistika fakulətisini bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün birAzərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas,Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.

Chingiz_Mustafayev (1)
Çingiz Fuad oğlu  Mustafayev (1960-1992)— telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayev  həkim olsa da, jurnalistikaya böyük həvəs göstərmişdir.  Bu həvəs özünü 1990-cı il 20 Yanvar hadisələri zamanı bir daha göstərmişdir.  Belə ki, Çingiz Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə almışdır. 1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya bağlamışdır. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Çingiz Mustafayevin Xocalı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. Qəhrəman jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
1905.az saytı olaraq Milli Mətbuat günündə şəhid olan jurnalistlərimizin xatirəsini dərin hüznlə anırıq. Allah rəhmət eləsin!
Mənbə ; girmək üçün

Yorumlar

Bu blogdaki popüler yayınlar

XOCALI ŞƏHƏRİ

Tarixi Redaktə Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə ( 1356 - 1357 -ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və  Əsgəran  qəsəbəsi arasında, Qarqarçay ın sağ və sol sahillərində XVIII əsrə aid  Əsgəran qalası  mövcuddur. İki istehkamdan ibarət qalanı  Qarabağ  xanı Pənahəli xan  tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol

XOCALI ŞEİR

Xocalı şeiri Gözləyib, gizləyib zaman sirrini, Dəyişib dünyanın işi,amalı. Deyəsən, yetişir qiyamət günü, Vədəsiz küləklər əsir, Xocalı! Sərt gəldi fevralın 26 –sı, Al qana qərq oldu bulaqlarda su, Qəfildən quruldu bir yurdun yası, Bir kəsə çatmadı səsim Xocalı! Od yağdı, el düşdü, küyə, təşvişə, Nalələr,fəryadlar dirəndi ərşə, Allah da baxmadı bu haqsız işə, Titrədik biz əsim –əsim, Xocalı!