Ana içeriğe atla

Kayıtlar

XOCALI ŞEİR

Xocalı şeiri Gözləyib, gizləyib zaman sirrini, Dəyişib dünyanın işi,amalı. Deyəsən, yetişir qiyamət günü, Vədəsiz küləklər əsir, Xocalı! Sərt gəldi fevralın 26 –sı, Al qana qərq oldu bulaqlarda su, Qəfildən quruldu bir yurdun yası, Bir kəsə çatmadı səsim Xocalı! Od yağdı, el düşdü, küyə, təşvişə, Nalələr,fəryadlar dirəndi ərşə, Allah da baxmadı bu haqsız işə, Titrədik biz əsim –əsim, Xocalı!

Xoca film

Xoca (film, 2012) Xoca Rejissor: Vahid Mustafayev Operator: Afşin Əlizadə Bəstəkar: Yaşar Baxış Montaj rejissoru: Elşad Rəhimov Janr: bədii Dil: azərbaycan dili Ölkə:   Azərbaycan İstehsalçı qurum: ANS TV ,  Bakıfilm Rəng: rəngli İl: 2012 IMDb səhifəsi Xoca  — 2012-ci ildə çəkilmiş film. [1] “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi görkəmli Azərbaycan rejissoru və hərbi reportyoru Vahid Mustafayevdir. Baş prodüsser  Mir Şahin , prodüsser  Eyyub Danişvər , bəstəkar Yaşar Baxış , səs rejissoru  Məsud Behnam , operator  Afşin Əlizadə , montaj edən isə  Elşad Rəhimovdur . Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir  [2] . Bu film Bakıfilm kinostudiyasının 2015-ci ildə istehsal etmiş olduğu "Qanlı Yanvar" filmindən daha çox real hadisələrə uyğundur. Plagiat iddiası Redaktə 5 mart 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış

Qəhrəman jurnalistlərimiz

Qəhrəman jurnalistlərimiz A + A - 20.07.2015 Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var. 1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır. Erməni terroru nəticəsində şəhid olan jurnalistlərimizdən bir neçəsi:   Salatın Əziz qızı  Əsgərova (1961-1991) –   jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı.     Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığın

XOCALI ŞƏHƏRİ

Tarixi Redaktə Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngin olan bu şəhərdə türbə (XIV əsr), dairəvi türbə ( 1356 - 1357 -ci illər), ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və sairə var. Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşı, müqəddəs ziyarətgahlar – Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı var. Xocalı şəhəri və  Əsgəran  qəsəbəsi arasında, Qarqarçay ın sağ və sol sahillərində XVIII əsrə aid  Əsgəran qalası  mövcuddur. İki istehkamdan ibarət qalanı  Qarabağ  xanı Pənahəli xan  tikdirmişdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol